SATILIR | BİLGƏH | DƏNİZƏ 5 DƏQİQƏLİK MƏSAFƏDƏ | PAKET KUPÇA
Bilgəh qəsəbəsində, dəniz sahilinə piyada cəmi 5 dəqiqəlik məsafədə, geniş və yaşıllıqla əhatələnmiş 26.5 sot ərazidə bağ evi satılır.
Evin həyətindən dənizin səsi eşidilir. Dəniz sahilinə rahat çıxış üçün yaxınlıqda yeraltı keçid də mövcuddur.
🏡 ƏSAS ÜSTÜNLÜKLƏR:
* 26.5 sot faktiki ərazi
* 6 otaqlı bağ evi
* Dənizə 5 dəqiqəlik piyada məsafə
* Dəniz sahilinə yaxın yeraltı keçid
* Geniş və yaşıllıqla əhatələnmiş həyət
* Böyük evkalipt ağacları
* Xurma və müxtəlif meyvə ağacları
* Əlavə mühafizə evi
* Rahat və əlverişli lokasiya
🌿 DƏNİZ VƏ YAŞILLIQ BİRLİKDƏ:
Bu mülkün əsas fərqləndirici xüsusiyyəti geniş həyət sahəsidir. Həyətdə formalaşmış böyük evkalipt, xurma, meyvə və digər ağaclar xüsusi bağ atmosferi yaradır.
Dənizin səsinin eşidildiyi, yaşıllıq içində geniş və şəxsi həyətə malik mülk axtaranlar üçün fərqli seçimdir.
💧 KOMMUNAL ŞƏRAİT:
* Daimi su
* Qaz
* Elektrik
📑 SƏNƏDLƏR — PAKET KUPÇA:
* Torpağın çıxarışı mövcuddur
* Evin çıxarışı mövcuddur
* 20 sot torpağın çıxarışı var
* Qalan 6.5 sot ərazi üzrə də çıxarışın alınması üçün sənədlər qaydasındadır.
Dənizə yaxınlığı, geniş torpaq sahəsi, formalaşmış yaşıllığı və ayrıca mühafizə evi ilə bu mülk həm ailəvi istirahət, həm də uzunmüddətli bağ mülkü kimi dəyərləndirilə bilər.
💰 Qiymət REAL ALICI üçün razılaşma yolu ilə.